Yükqaldırma Avadanlıqlarının Texniki Yoxlanması
Sənaye və istehsalat sahələrində istifadə olunan yükqaldırma qurğularının texniki vəziyyəti yoxlanılır. Aşınma, mexaniki zədələnmə və funksional nasazlıqlar aşkar edilərək müvafiq hesabat tərtib olunur.
Qeyri-Dağıdıcı Testlər (NDT) və Qalınlıq Ölçmə
Ultrasəslə yoxlama (UT), maqnit hissəcik testi, vizual yoxlama və digər NDT metodları vasitəsilə materialın struktur sağlamlığı sınaqdan keçirilir. Metal hissələrin qalınlığı müasir cihazlarla ölçülür.
Texniki Pasport və Təhlükəsizlik Analizi
Avadanlıqlara dair texniki pasportlar hazırlanır, istismar tələblərinə uyğunluq yoxlanılır. Qoruyucu klapanların stend testləri və hidravlik sınaqlar ilə təhlükəsizlik səviyyəsi qiymətləndirilir.
Əhatəli Diaqnostika Xidmətləri Paketimiz
SVNT Construction tərəfindən təqdim olunan diaqnostika xidmətləri aşağıdakılardan ibarətdir:
-
Yükqaldırma avadanlıqlarının yoxlanması və müayinəsi
-
Dağıdıcı (DT) və qeyri-dağıdıcı testlər (NDT)
-
UT – Ultrasəslə yoxlama və qalınlıq ölçmə
-
Yükqaldırma əməliyyatları və texniki dəstək
-
Texniki pasportun hazırlanması
-
Hidravlik sınaq testi
-
Qoruyucu klapanların xüsusi stendə yoxlanması